Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək

Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
08 2024 11:58

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Seçmə komanda Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Oxu.Az Boks Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, hazırlığa Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb olunublar. Bu gün start götürəcək məşqlər mayın 18-dək davam edəcək.

Boksçularımızın hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.


17 May 2024
İdman

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.

17 May 2024
İdman

İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Macarıstanın Eqer şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Finala gedən yolda Azərbaycan millisinin iki idmançısı da mübarizə aparıb.

17 May 2024
İdman

“Yeni dalğa 2024”ün finalına seçilən Azərbaycan təmsilçisi Vətənə qayıdıb - FOTO

Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev Vətənə qayıdıb.

16 May 2024
İdman

Avropa Çempionatında iştirak edəcək millimizin heyəti bəlli oldu

Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.